Spondilolistez bir fəqərənin digər fəqərə üzərində yerdəyişməsidir
Spondilolistez bir fəqərənin digər fəqərə üzərində yerdəyişməsidir. Fəqərə önə doğru sürüşərsə, auteriospondilolistez, arxaya doğru sürüşərsə retrospondilolistez adlanır.
Listezin səbəbləri
- Anadangəlmə fəqərə anomaliyaları (displastik)
- Xroniki travma nəticəsində • Degenerativ xəstəliklər nəticəsində
- Fəqərələrin şişləri
- Onurğa sütununun travması (travmatik)
Əsas klinik əlamətləri bel ağrısı, ağrının ayaqlara yayılması aşağı ətraflarda uyuşma, hərəkət məhdudluğudur.
Listezin 5 dərəcəsi vardır
- Grade I – 25%-dək sürüşmə olduqda
- Grade II- 25-50% sürüşmə olduqda
- Grade III- 50-75% sürüşmə olduqda
- Grade IV- 75-100% sürüşmə olduqda
- Grade V – spondiloptoz
Diaqnoz kliniki əlamətlə KT, MRT müayinələri əsasında qoyulur.
Müalicəsi medikamentoz, fizioterapiya və cərrahi üsulla edilir.


