Epilepsiya beyin hüceyrələrində müvəqqəti anormal elektrik yayılması
Epilepsiya beyin hüceyrələrində müvəqqəti anormal elektrik yayılması nəticəsində yaranan bir vəziyyətdir.
Xəstənin kliniki olaraq müəyyən bir müddətdə şüur,davranış, duyğu, hərəkət və ya anlama funksiyalarında pozğunluq yaşanır.
Epilepsiya ən çox uşaqlıq və yeniyetməlik çağında, yetkin insanlarda isə iflicdən sonra 2-ci ən çox rastlanan nevroloji xəstəlikdir. Doğru müalicə nəticəsində xəstələrin böyük bir qismində tutmalar reqressiya edir və xəstə normal həyat tərzinə davam edir.
Epilepsiya hər yaş dövründə özünü büruzə verə bilər, ancaq 16 yaşa qədər və 65 yaşından sonra daha çox rast gəlinir.
Epilepsiya xəstəliyinin səbəbləri bir çox faktorlara əsaslanır. Onlar aşağıdakılardır
- Hipokampal skleroz
- Beyin şişləri
- Hipoksik-işemik beyin xəsarətləri
- Santral sinir sistemi infeksiyaları
- Beyin damarlarında inkişaf pozğunluqlar
- Beynin inkişaf pozğunluqları
- Genetik faktorlar
Epilepsiyanın müalicəsi uzun müddətlidir və həkim nəzarəti altında edilir. Epilepsiya xəstəliyinin müalicəsinin uğurlu olması üçün ona səbəb olan faktorun aşkar edilməsi vacibdir. Müalicəsi əsasən dərman, cərrahi müdaxilə ilə edilir.

