Bir ovuc fındıq bədənin gündəlik protein ehtiyacını qarşılayır
Bir ovuc fındıq bədənin gündəlik protein ehtiyacını qarşılayır. Fındıq zehni və fiziki yorğunluğun qarşısını alır, fındıqdan əldə edilən fındıq yağı böyrək xəstəliklərinə müsbət təsir edir. Tərkibində olan doymamış yağlar ürək-damar sistemi xəstəliklərinin qarşısını alır və infarkt riskini azaldır. Yüksək təzyiqdən əziyyət çəkən insanların fındıq yemələri tövsiyə edilir. Fındıq A, C, E vitaminləri ilə zəngindir. Fındıq saç və dərinin sağlamlığı üçün əvəzolunmaz vasitədir.

