Gəncə Beynəlxalq Xəstəxanasına 25 yanvar 2017-ci il tarixdə 7 ilə
Gəncə Beynəlxalq Xəstəxanasına 25 yanvar 2017-ci il tarixdə 7 ilə yaxın hər iki dizində ağrı hiss edən 49 yaşlı pasiyent müraciət edib. Travmatoloq Dr. Məzahir Məmmədov tərəfindən pasiyentə iki tərəfli qonartroz, sağ dizin varus, sol dizin valqus deformasiyası diaqnozu qoyulub.
28 yanvar 2017-ci ildə Travmatoloq Dr. Məzahir Məmmədov və Travmatoloq-Ortoped Uzm. Dr. Ceyhun Quliyev tərəfindən pasiyentə sağ dizin xaçvari bağlarının kəsilməsi ilə total sementli endoprotezləşdirilməsi əməliyyatı icra edilib. Pasiyent 1 fevral 2017-ci il tarixində evə buraxılmışdır.
24 mart 2017-ci il tarixində Travmatoloq Dr. Məzahir Məmmədov tərəfindən pasiyentə növbəti sol diz oynağının total sementli endoprotezləşdirilməsi əməliyyatı icra edilib. 27 mart 2017-ci ildə xəstənin vəziyyəti tam stabilləşib və müalicəsini ambulator davam etdirməsi üçün evə buraxılıb.

