Travmatologiya və ortopediya
Travmatologiya və Ortopediya bölməmiz sümüklər, oynaqlar, əzələlər və bağların sağlamlığının qorunması, diaqnostikası və müalicəsi üzrə müasir tibbi xidmətlər təqdim edir. Biz hər yaş qrupundan xəstələrə minimal invaziv və cərrahi metodlarla yüksək keyfiyyətli tibbi xidmət göstəririk.
Xidmətlər və müalicə
Yeni xidmət və avadanlıq
- Operativ ortopediya və travmatologiya bölməsi: stasionar şəraitdə sümük, oynaq və yumşaq toxuma zədələrinin cərrahi müalicəsi
- Diaqnostikada Rentgen, KT və MRT; təcili hallar üçün 7/24 stasionar təcili yardım
- Prosedur və əməliyyatlar: Yuxarı ətraf travmaları (Sümük sınıqlar, yuxarı ətrafların tam və natamam qopması), Aşağı ətraf travmaları (Sümük sınıqlar, aşağı ətrafların tam və natamam qopması), İdman travmaları ( vətər, bağ qopmaları və s. ), Anadangəlmə əyripəncəlik, yastıpəncəlik və s
- Artroskopiya – yarım santimetrlik 2 kiçik dəlik vasitəsilə; diz artroskopiyası
- Oynaqların endoprotezləşdirilməsi
- Bud-çanaq oynağı endoprotezləşdirilməsi (artroplastika)
Xidmətlərimizə daxildir
- Sümük qırığı və oynaqların travmalarının diaqnostikası və müalicəsi
- Oynaq problemləri: artrit, artroz və digər degenerativ xəstəliklərin müalicəsi
- Ortopedik cərrahiyyə: protezləşdirmə, minimal invaziv əməliyyatlar
- Reabilitasiya və fizioterapiya xidmətləri
- Onurğa və bel problemlərinin diaqnostikası və müalicəsi
- Pediatrik travmatologiya və ortopediya: uşaqlarda sümüklərin və oynaqların inkişaf problemləri
- Sport travmaları və rekonstruktiv əməliyyatlar
Bizim yanaşmamız
- Hər xəstəyə fərdi tibbi yanaşma və təhlükəsiz müalicə
- Müasir diaqnostik avadanlıq və beynəlxalq protokollara uyğun müalicə
- Minimal invaziv üsullarla sürətli bərpa və optimal nəticə
- Reabilitasiya və uzunmüddətli izləmə











