Gündəlik həyatda istifadə olunan göyərtilərin içərisində cəfərinin
Gündəlik həyatda istifadə olunan göyərtilərin içərisində cəfərinin insan üçün faydaları çoxdur. Cəfərinin sağlamlığa faydalı olması 2000 ildir ki məlumdur.
Cəfəri A, K, C vitamini ilə zəngindir. Həzm sisteminə, böyrək daşına, bağırsaq və sidik yolları infeksiyalarına qarşı xeyirlidir. Bundan əlavə, tənəffüs yolu infeksiyalarına, bronxit və astma xəstəliklərinə faydalıdır.
Mütəmadi olaraq cəfəri yeyilməsi dəri, həzm sistemi, süd vəzi və prostat xərçəng xəstəliyinə tutulma riskini azaldır. Cəfəri ürək üçün də faydalıdır, qan təzyiqini normallaşdırır, revmatizma və oynaq ağrılarına xeyirlidir, qəbizliyə xeyirlidir.

