Beş hiss üzvündən biri olan görmədir
Beş hiss üzvündən biri olan görmədir. Görməni həyata keçirən orqan gözdür. Gözlər haqqında maraqlı statistika vardır.
Göz əzələlərin gün ərzində 100 min dəfə öz işlərinin öhdəsindən gəlirlər. Əgər ayaqlardakı əzələlər göz əzələlərin gördüyü işi görsə idi, 80 km yolu dayanmadan qət etmək olardı. Gözlər həddən artıq həssasdır. Belə ki, dünya düz olsa idi, 48 km uzaqlıqda yandırılan şamı görmək imkanına sahib olardı. İnsan dəqiqədə təxminən 17, gündə 14280 və ildə 5,2 milyon dəfə göz qırpır. Göz qırpmaq göz üçün vacib hərəkətdir. Belə ki, göz qırpmaq göz yaşını göz daxilində paylanmasına və gözdə olan kirin təmizlənməsinə yardım edir. İnsan gözü 10 milyon fərqli rəngi ayırd etmək qabiliyyətinə malikdir. İnsan oyaq olduğu müddətin 1/10-ni gözləri bağlı şəkildə keçirir.

