StomatologiyaStomatologiya

23.02.2017Sağlamlıq məqalələri

Halitoz və ya ağız qoxusu gündəlik həyatda rastlanılan və bəlli

Halitoz və ya ağız qoxusu gündəlik həyatda rastlanılan və bəlli edilməsə də qarşı tərəfi narahat edən bir hadisədir. Yemək yedikdən sonra, səhər oyananda yaranan ağız qoxusu fizioloji ağız qoxusudur və xəstəlik əlaməti deyildir. Bununla yanaşı, meydana gələn ağız qoxusu digər xəstəliklərin əlamətləri olan patoloji ağız qoxusudur. Sinus və yuxarı tənəffüs yollarının infeksion xəstəlikləri, diabet xəstələri, qaraciyər və böyrək çatışmazlığı kimi bir çox sistemik xəstəliklər, ağız quruluğu, ağız gigiyenasına diqqət edilməməsi, tütün, spirtli içkilər, diş əti xəstəlikləri, dil üzərində artan bakteriyalar, diş çürükləri ağız qoxusunun əsas səbəblərindəndir. Ağız qoxusu 90 % ağız boşluğuna, 8% tənəffüs sisteminə, 1 % həzm sisteminə, 1% isə metabolik səbəblərə bağlı olaraq yaranır.

Ağız qoxusundan qorunmaq üçün aşağıda qeyd olunanları etmək vacibdir

Ağız boşluğu gigiyenasına diqqət etməli - Nanə tərkibli saqqız çeynəməli (15 dəqiqədən çox olmayaraq)

Qeyd olunanları tətbiq etdiyiniz halda ağız qoxusu qalırsa o zaman həkimə müraciət etməyiniz vacibdir.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.