Ayaqda göbələk çox geniş yayılmış dəri xəstəliyidir
Ayaqda göbələk çox geniş yayılmış dəri xəstəliyidir. Bir çox insan ən azı bir dəfə də olsa bu problemlə qarşılaşmışdır. Daha çox yeniyetmələr və yetkin kişilərdə rast gəlinir. Ayaqda yaranan göbələyin tibbi dildə adı tinea pedisdir. Dəridə problem yaradan mikrob göbələk tərəvəzi kimi qaranlıq, nəmli mühitdə artır.
Əlamətləri aşağıda qeyd olunanlardır
- Qaşınma
- Sulanma
- Dərinin qabıq qoyaraq soyulması
- Qızartı
- Dırnaqda rəng dəyişməsi, qalınlaşma və kobudlaşma
Ayaq göbələyi çox sürətli şəkildə yoluxur. Xüsusilə, hovuzlar, plyajlar, fitnes klubları, gözəllik salonları, məscid kimi ictimai yerlərdə sürətlə yayılır.
Ayaqda göbələyin yaranma səbəbləri ayağın çox tərləməsi, uzun müddət bağlı ayaqqabılar geyinilməsi, yuyunduqdan sonra ayaqları tam qurudulmaması, ortaq pedikür alətlərindən istifadə edilməsinə bağlıdır.
Göbələk infeksiyası dərman müalicəsi tələb edən bir xəstəlikdir. Düzgün dərman müalicəsinə nə qədər tez başlanılırsa, effektiv nəticə bir o qədər tez əldə edilir. Müalicə 3-4 həftəni əhatə edir. Dırnaqda olan göbələyin müalicəsi isə 4 aya qədər uzana bilər.
Ayaqda göbələyin yaranmasının qarşısını almaq üçün aşağıdakı addımları atmaq vacibdir
- Ayaq gigiyenasına diqqət etmək
- Pambıq corablar geyinmək
- Ortaq istifadə edilən nəm döşəmədə yalın ayaq gəzməmək
- Yuyunduqdan sonra ayaqları qurulamaq
- Yay fəslində bağlı və sıx ayaqqabılar geyinməkdən çəkinmək
- Pedikür dəstinizdən ortaq istifadə edilməməsinə diqqət etmək
Ayaqda yaranmış göbələyin vaxtında və effektiv müalicəsi üçün vaxtında həkimə müraciət etmək vacibdir.

