Hipofiz vəzi beyinin altında yerləşən, 0,6 qr ağırlığında lobya kimi
Hipofiz vəzi beyinin altında yerləşən, 0,6 qr ağırlığında lobya kimi oval, simmetrik qırmızı-qəhvəyi rəngdə bir orqandır.
Bu vəz iki hissədən ibarətdir, ön hipofiz və ya adenohipofiz, arxa hipofiz və ya posterior hipofiz adlanır. Adenohipofiz hipofizin 75-80 %-ni təşkil edir.
Ön hipofizdən 6 ədəd hormon ifraz olunur. Bu hormonlar sayəsində bədəndə olan digər hormon ifraz edən vəzlər öz vəzifələrini həyata keçirirlər. Yəni hipofiz vəzi digər vəzləri idarə edir.
Ön hipofiz vəzindən ifraz olunan hormonlar aşağıda qeyd olunanlardır:
- FSH (follikul stimullaşdıcı hormon)
- LH (lyütenləşdirici hormon)
- Prolaktin (süd yaranmasını stimullaşdıran hormon)
- Böyümə hormonu və ya digər adıyla growth hormon
- ACTH (Adrenokortikoprotik hormon)
- TSH (Tiroid stimullaşdırıcı hormon)
Hipofiz vəzinin xəsarət görməsi nəticəsində hormonları ifraz edə bilmir, bu da hipopituitarizmə (hipofiz çatışmazlığı) adlanır. Hipofiz hormonu azlığına bağlı vəzlərdə hormon ifrazının azalması baş verir. Müalicəsi əskik olan hormonun dərmanlar vasitəsilə tamamlanması ilə edilir.
Hipofiz vəzində xoşxassəli şişlər, adenomalar olarsa bir neçə xəstəliyə səbəb ola bilər.
Prolaktinoma hipofiz vəzində adenomaya bağlı yaranan xəstəliklərdən biridir. Xanımlarda aybaşı pozğunluğu, qalaktoreya (süd gəlməsi) sonsuzluq, kişilərdə cinsi zəiflik sonsuzluq kimi problemlərə səbəb olur. Əsas müalicəsi dərmanla aparılır.
Digər xəstəlik boy hormonunun artıqlığı olan Akromeqaliya xəstəliyidir. Bu xəstəlik boyun eləcə də orqanların böyüməsinə səbəb olan müalicə almadıqda ölümə səbəb olan ciddi xəstəlikdir. Əsas müalicəsi cərrahiyədir.
Kuşing xəstəliyi hipofizdə adenomaya bağlı AKTH və böyrəküstü vəzdə kortizol hormonun yüksəkliyinə bağlı yaranan xəstəlikdir. Hipertoniya xəstəliyi, şəkərli diabet, osteoporoz, çəki artıqlığı və s. ciddi xəstəliklərə səbəb olur. Əsas müalicəsi cərrahiyədir.
