Qastroenterologiya və hepatologiya

17.02.2017Sağlamlıq məqalələri

Artroz oynaq xəstəliyidir

Artroz oynaq xəstəliyidir. Sümükləri bir-birinə bağlayan oynaqlarda olan və rahat hərəkət etmək üçün sürüşkən olan qığırdaqlar zaman keçdikcə aşınır, yeyilir.

Artroz diz oynağı çanaq, əl barmaqları və onurğada daha çox rast gəlinir. Travmalar və yaralanmalar olmasa, bilək, çiyin, dirsəkdə rast gəlinməsi ehtimalı azdır.

Artroz xəstəliyinin əsas əlaməti ağrıdır. Bundan əlavə, hərəkət etmədə çətinlik, oynaq mayesinin artması ilə bağlı oynaqlarda şişkinlik, oynaq ətrafındakı əzələlərin incəlməsi, diz oynağındakı aşınma ilə bağlı olaraq dizin hərəkətində çətinlik kimi əlamətləri də vardır.

Artroz üçün ən əsas risk faktoru yaşdır. 65 yaşdan yuxarı insanların 1/3-də edilən rentgen müayinəsində artroz əlamətləri vardır. Digər əsas faktorlardan biri də artıq çəkidir. Artroz riski artıq çəkili kişilərdə 2 dəfə, qadınlarda 3 dəfə artır. Səbəbi məlum olmasa da artroz xəstəliyinə tutulma qadınlarda kişilərlə müqayisədə 2 dəfə daha çoxdur.

Artroz xəstəliyindən qorunmaq üçün çəkiyə diqqət etmək lazımdır. Yeriyən zaman bədən çəkisindən 3-6 dəfə çox yük diz oynaqlarının üzərinə düşür. Ona görə də 1 kq artıq olsa, diz oynaqlarında 6 kq kimi özünü göstərəcəkdir. Mütəmadi çətin olmayan idman hərəkətləri, tərkibində kalsium olan qidaların qəbul edilməsi, 20-30 dəqiqəlik açıq havada gəzinti xəstəliyin qarşısını ala bilər.

Müalicəsi müəyyən dərman preparatları ilə edilə bilər. Ancaq həmin dərmanların həddən çox qəbul edilməsi digər orqanlara mənfi təsir edəcəkdir.

Dərmanla müalicə effektiv olmadığı təqdirdə cərrahi müdaxilə edilir.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.