Kariyes dişin sərt toxumasının zədələnməsi nəticəsində yaranan diş
Kariyes dişin sərt toxumasının zədələnməsi nəticəsində yaranan diş çürüməsidir. Xüsusi bir təbəqə yaradan bakteriyalar diş minasının incəlməsinə və yavaş-yavaş dişlərdə deşiklər yaranmasına səbəb olur.
Dişdə kariyes yaranmasının səbəbləri aşağıdakılardır
- Karbohidrat (şirin) tərkibli qidaların həddən çox yeyilməsi
- Dişlərin düzgün fırçalanmaması
- Suda ftorun az olması
- Genetik amillər
Aşağıda qeyd olunanları etməklə dişləri kariyesdən qorumaq mümkündür
- Tərkibində kalsium olan qidaların mütəmadi yeyilməsi
- Gün ərzində (səhər və axşam) ən azı 2 dəfə 1 dəqiqədən az olmayaraq dişləri fırçalamalı
- 6 ayda bir dəfə həkim müayinəsində olmalı
- Ftor tərkibli diş məcunlarından istifadə edilməli
- Diş saplarından istifadə edilməli
Dişlərdə kariyes varsa onun ən effektiv müalicə üsulu plombdur. Müalicə edilməzsə, bu çürümə böyüyərək dişin çıxarılması ilə nəticələnə bilər.


