Şəkərli diabet mədəaltı vəzin yetəri qədər insulin yaratmaması və ya
Şəkərli diabet mədəaltı vəzin yetəri qədər insulin yaratmaması və ya mövcud insulinin rezidentliyi (təsir etməməsi) nəticəsində yaranan və ömür boyu davam edən xroniki xəstəlikdir. Mədəaltı vəzin yetəri qədər insulin ifraz etməməsi və ya ifraz etdiyi insulinin rezidentliyi nəticəsində qanda qlükozanın səviyyəsi artır. Normal maddələr mübadiləsinə sahib olan insanda yediyi qidalar qlükozaya çevrilmək üçün bağırsaqda parçalanırlar. Bağırsaqlardan qana keçən qlükoza mədəaltı vəzin ifraz etdiyi insulin hormonunun yardımı ilə hüceyrələrin içinə daxil olur. Belə ki, insulin hormonu bədəndə olmazsa, qanda qlükoza artacaq, diabet xəstəliyinə səbəb olacaqdır.
Diabetin ilk əlamətləri aşağıdakılardır
- Susamaq
- Tez-tez sidiyə çıxmaq
- Normal qidalanmağa baxmayaraq çəki itirmə
- Aclıq hissi
- Bulanıq görmə
- Ağız quruluğu
- Dəridə qaşınma
- Çox halsızlıq,yorğunluq
Diabetin bir neçə tipi vardır, ancaq 2 tipi daha çox yayılmışdır.
1-ci tip diabetin yaranma səbəbi mədəaltı vəzinin beta hüceyrələrinin məhvinə bağlı olara insulin əskikliyi ilə özünü büruzə verir. Bütün diabet xəstələrinin 5-10 %-i 1-ci tip diabetdir.
2-ci tip diabet isə insulinin rezidentliyi nəticəsində yaranan ən geniş yayılmış diabet növüdür. Bütün dünyada diabet xəstələrin 90%-dən çoxunu 2-ci tip diabet təşkil edir.
Tam müalicəsi olmasa da dərman preparatları vaxtında qəbul edilərsə, qidalanmaya diqqət olunarsa, həkim təlimatına uyğun hərəkət edilərsə qlükozanın qanda səviyyəsi normal səviyyədə qalar və ciddi fəsadlar törətməz.

