Nevrologiya

17.01.2017Sağlamlıq məqalələri

Miqren əsasən intensiv halda olan baş ağrılarıdır

Miqren əsasən intensiv halda olan baş ağrılarıdır. Miqren ondan əziyyət çəkən insanın və yaxın ətrafının həyat keyfiyyətinə mənfi təsir göstərir. Miqren bir beyin xəstəliyi kimi düşünülsə də tamamilə bədənə bağlıdır. Miqrendə baş ağrıları birinci yerdədir. Ona görə də miqren dedikdə sadəcə baş ağrısı nəzərdə tutulur, bununla yanaşı, ürək bulanması, qusma, ishal, tərləmə, yorğunluq kimi əlamətləri də müşahidə olunur. Qismən və ya tam görməmək, danışmaqda çətinlik çəkmək, uyuşmadan qismən iflicliyə qədər artan gücsüzlük, tarazlığın pozulması, gicəllənmə, nadir hallarda huşunu itirmək kimi nevroloji əlamətlər də özünü büruzə verir. Bütün miqren əlamətlərini birləşdirən ortaq cəhət onların qalıcı olmamasıdır. Qalıcı fəsad törətməzlər. Statistik məlumatlara görə 18.6% qadınlarda, 6.5% kişilərdə rast gəlinir.

Tibdə miqrenin qarşısını almaq üçün dərmanlarla müalicə tətbiq olunur. Dərmanlarla müalicə oluna bilməyən xəstələrə botoks terapiyası, lazer akupunktura, refleksoterapiya tətbiq edilir.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.