16.01.2017Sağlamlıq məqalələri

Qastrit mədənin selikli qişasının müxtəlif səbəblərdən iltihablaşması nəticəsində yaranır

Qastrit mədənin selikli qişasının müxtəlif səbəblərdən iltihablaşması nəticəsində yaranır. Xüsusilə yetkin insanlarda daha çox rast gəlinir. Digər xəstəliklərə nəzərən daha səthi təsirləri və nəticələri vardır. Vaxtında müalicə edilməzsə, daha böyük fəsadlara səbəb olur və mədədə xora yaranır. Qastrit bakterial infeksiyalar nəticəsində meydana gəlir. Müalicəsi mədə qoruyucu adlandırılan xüsusi dərmanlarla aparılır.

Cəmiyyətdə tez-tez rast gəlinən bir xəstəlikdir, tədqiqatlara görə hər iki insandan biri bu xəstəliyə tutulur. Qastrit gizli inkişaf edən xəstəlikdir və buna görə diaqnoz qoyulması çox da asan deyil. Müalicəsi asandır, lakin vacib olan xəstəliyi vaxtında aşkar etmək və müalicəyə dərhal başlamaqdır.

Bizimlə əlaqə saxlayın

Sualınızı yazın və ya xəstəxanaya gəlin.

Heydər Əliyev prospekti 60 D/E/F,
Kəpəz rayonu, Gəncə