Osteoparoz en geniş yayılmış metabolik sümük xəstəliyidir
Osteoparoz en geniş yayılmış metabolik sümük xəstəliyidir. Sümüklərdə qırılma riskini artıran sistemik bir xəstəlikdir. Osteoparoz xəstələrində sümüklər elastikliyini itirir və kövrəkləşir. İnsanlarda 50 yaşından sonra osteoparoz ehtimalı 29.7 % (qadınlarda 42.5%, kişilərdə 10.1%), yaş artdıqca daha da çoxalır. Sümüklərdə qırılma ortaya çıxanadək səssiz inkişaf edir.
65 yaşdan yuxarı qadınlar və 70 yaşdan yuxarı kişilərdə DEXA (sümük densitometriyası) məsləhət görülür, ancaq risk faktorlarına sahib insanlarda bu yaş aralığı daha da azalır.
Gündəlik həyatda kalsiumlu məhsullarla qidalanmaq, siqaret çəkməmək, spirtli içkilər və kofeni azaltmaq, mütəmadi olaraq fiziki aktiv işlə məşğul olmaq, piyada gəzmək, idmanla məşğul olmaq sağlamlıq üçün xeyirlidir və osteoparoz xəstəliyinin qarşısını alır.


