Dermatovenerologiya

01.02.2017Sağlamlıq məqalələri

Övrə dəridə zəif qabarıq, çəhrayı-qırmızı rəngdə və əsasən qaşınma

Övrə dəridə zəif qabarıq, çəhrayı-qırmızı rəngdə və əsasən qaşınma ilə özünü büruzə verir. Övrə 6 həftədən az müddət davam edərsə kəskin övrə, 6 həftədən çox davam edərsə xroniki övrədir.

Övrənin daha çox rast gəlinən səbəbləri

Qida məhsulları (balıq, balıq kürüsü, süd, yumurta, qoz, sitrus meyvələri, pomidor, şokolad vəs.)

Qida əlavələri

Dərman preparatları

Həşərat dişləmələri

Parazitlər

İnfeksion agentlər

Fiziki faktorlar

Psixogen faktorlar

Genetik meyillilik

Övrə yoluxucu xəstəlik deyildir.

Müalicəsində əvvəlcə ona səbəb olan faktorun müəyyən olunması vacibdir. Övrəyə səbəb olan başqa bir xəstəlik aşkar edildiyində əvvəlcə o müalicə edilir, bundan sonra xəstəyə prick test (allergik dəri sınağı) müayinəsi edilərək səbəb olan allergen təyin olunur.

Övrənin müalicəsində müxtəlif preparatlardan istifadə olunur, onlardan ilkin istifadə olunanları antihistaminlərdir.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.