Pap smear (pap yaxma testi) uşaqlıq boynu xərçənginin profilaktikası
Pap smear (pap yaxma testi) uşaqlıq boynu xərçənginin profilaktikası üçün həyata keçirilən prosedurdur. Pap testi uşaqlıq boynunda xərçəng öncəsi və xərçəng hüceyrələrinin müəyyən edilməsi üçün edilir. Bu testi ilk dəfə tətbiq edən yunan həkim Georgios Papanikolaou olmuşdur.
Pap smear testi 21 yaşından etibarən mütəmadi edilməlidir. 65 yaşından böyük qadınlarda pap smear tarixçəsindəki test nəticələri normaldırsa, sonrakı dövrdə edilməyə bilər.
İnsan papilloma virusu (İPV) ziyillərin yaranmasına səbəb olur. İPV-nin 100-dən artıq növü vardır. Onlardan 40-növü cinsi yolla keçir. Onkoloji növ İPV-lər uşaqlıq boynu xərçənginə səbəb olur. Pap smear testi İPV-ni müəyyən etmir. İPV-ni müəyyən etmək üçün ayrıca testlər vardır. Ancaq İPV-nin səbəb olduğu hüceyrədəki dəyişikliyi müəyyən edir. Pap smear testi ilə əvvəlcədən müəyyən edilmiş xərçəng hüceyrələri daha böyük fəsadlar törətmədən müalicə edilir.

