Spirometriya (latın dilində “nəfəs ölçmə” mənasını verir) ağciyərin
Spirometriya (latın dilində “nəfəs ölçmə” mənasını verir) ağciyərin funksionallığını tədqiq edən testdir. Spirometriya vasitəsi ilə ağciyərə daxil olan oksigenin həcmini öyrənməklə yanaşı alınan və verilən nəfəsin sürəti də təyin edilir.
Spirometriya testi spirometr adlanan cihaz vasitə ilə edilir. Xəstə dərin nəfəs alıb daha sonra var gücü ilə aldığı nəfəsi spirometrə üfürməlidir. Bu proses zamanı burun xüsusi sancaq vasitəsi ilə tutulur ki, xəstə təzyiqlə üfürdüyündə hava burundan çıxmasın.
Respirator simptomları olan xəstəliklər:
- Təngənəfəslik;
- Quru xırıltılar (auskultasiyada külək səsi);
- Öskürək;
Məlum respirator xəstəliyi olan xəstələrin müayinəsi:
- Astma;
- XOACX (xroniki obstruktiv ağciyər xəstəliyi);
- İntertisial ağciyər xəstəliyi;
- Neyro-əzələ xəstəlikləri;
Pre-operativ (əməliyyat öncəsi) müayinə:
- Ağciyər xəstəliyi olanlarda böyük cərrahi müdaxilə planlaşdırıldıqda;
- Ağciyərlərin rezeksiyası planlaşdırıldıqda;
4. Ağciyərlərə ciddi toksiki effekti olan preparatlarla müalicə alan xəstələrdə müalicənin başlanmasından öncə və sonra dövrü müayinələr:
Amiodaron;
Bleomisin;
Kimya terapiyası, şüa terapiyası, sümük iliyi transplantasiyası;

