Qana qırmızı rəngi verən, toxumalara oksigen daşıyan, qırmızı qan
Qana qırmızı rəngi verən, toxumalara oksigen daşıyan, qırmızı qan hüceyrələrində olan hemoqlobin adlı proteindir. Bu proteinin əsasını dəmir təşkil edir. Sağlam insanın 1 desilitr (0,1 lt) qanında 12-16,5 qr hemoqlobin olur. Əgər qanda hemoqlobin 12qr/dl-dən aşağı düşərsə, anemiya xəstəliyinə səbəb olur.
Anemiya halsızlıq, ürək döyüntüsü, yatmaq istəyi, fiziki iş sonrası təngnəfəslik, bəzən huşunu itirmək kimi əlamətlərlə özünü büruzə verir.
Anemiyanın ilk səbəbi qanitirmə, xroniki xəstəliklər və bəzi bədxassəli şişlərdir. Həmçinin doğru qidalanmamaq da anemiyaya səbəb ola bilər. Qırmızı ət, balıq, qaraciyər, kişmiş, yumurta sarısı və ispanaq dəmirlə zəngin qidalardır. Vaxtında və düzgün qidalanmaqdan əlavə mütəmadi olaraq həkim müayinəsində olmaq vacibdir.
