PediatriyaPediatriya

21.06.2017Sağlamlıq məqalələri

Qida allergiyası orqanizmin qidaya qarşı həddən artıq həssaslıqla

Qida allergiyası orqanizmin qidaya qarşı həddən artıq həssaslıqla özünü kliniki əlamətlərlə büruzə verir. Ailəsində və ya bacı-qardaşlarında allergiya tarixçəsi olan körpələrdə 5-7 il ərzində allergiyanın özünü büruzə vermə ehtimalı 20 %-dək yüksəkdir.

Qida allergiyasının əlamətləri

  • Qarın ağrısı
  • Sızanaq
  • Şişkinlik, qəbizlik
  • Yorğunluq
  • İshal
  • Baş dönməsi
  • Qaşıntı
  • Baş ağrısı
  • İştahasızlıq
  • Tənəffüsdə çətinlik
  • Rinit
  • Mədədə ağrı
  • Təzyiq
  • Bronxlarda xırıltı

8 qidaya qarşı allergiya daha çox yayılmışdır, onlar aşağıdakılardır

  • İnək südü
  • Yumurta
  • Çərəzlər
  • Yer fıstığı
  • Qabıqlı dəniz məhsulları
  • Balıq
  • Buğda
  • Soya

Qida allergiyasını müalicə etmək üçün prick test vasitəsilə allergiyanın hansı qidaya olması dəqiqləşdirilir. Daha sonra həmin qida yemək rasiyonundan çıxarılır. Qida allergiyasını vaxtında müəyyən etmək üçün Allerqoloqa yaxınlaşmaq vacibdir.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.