Oftalmologiya

22.06.2017Sağlamlıq məqalələri

E vitamini (digər adı tokoferol) ən vacib antioksidantdır

E vitamini (digər adı tokoferol) ən vacib antioksidantdır. Yaraların sağalmasını sürətləndirir. Xərçəng xəstəliyinə qarşı qoruyucudur. İmmun sistemini gücləndirir. Göz sağlamlığında vacib yer tutur. Yaşlandıqca yaddaş itkisinə qarşı müsbət təsirinin olduğu təcrübələrlə təsdiqlənmişdir.

E vitamininin çatışmazlığı zamanı qan azlığı, gözlərdə zəiflik, tez yorulma, yaraların gec sağalması kimi əlamətlər özünü büruzə verir. E vitaminin azlığı xərçəng və ürək-damar xəstəliklərinə tutulma riskini artırır.

E vitamini aşağıdakı qida məhsullarında boldur

Buğda

İspanaq

Balqabaq

Zeytun yağı

Balıq yağı

Tuna balığı

Yumurta sarısı

Pomidor

Kartof

Kələm

Badam

Sarımsaq

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.