Refleksoterapiya bədənin bioloji aktiv nöqtələrinə xüsusi akupunktur
Refleksoterapiya bədənin bioloji aktiv nöqtələrinə xüsusi akupunktur iynələri ilə təsir edərək immun sisteminin güclənməsinə yardım edən müalicə növüdür. Refleksoterapiya müalicəsi zamanı bədənin bütün orqanizm daxili resurslarını birləşdirərək bütün orqanları sağalmaq üçün cəlb edir. Bu cür güclü təsir tez və effektiv nəticə verir.
Refleksoterapiya dedikdə iynə terapiyası və ya iynəbatırma başa düşülür.
Müalicə seanslarını keçdikdən sonra mütəmadi olaraq əlavə dərman qəbulu ehtiyacı azalır. Refleksoterapiyanın üstünlükləri:
Tez və nəzərə çarpan effekt verir
Digər müalicə üsullarını tamamlayır
Refleksoterapiya ağrı vermir və heç bir dərman preparatalarından istifadə edilmir
Ağrıkəsici effekti var
Heç bir əksgöstəricisi yoxdur
Refleksoterapiya ən qədim əməliyyatsız müalicə üsullarından biridir, bu müalicənin 5000 yaşı var. Ona görə də bu müalicə prosedurunu etdirməkdən qorxmaq əhəmiyyətsizdi, çünki iynələr ağrısızdı və effektiv nəticə verir.


