Kardiologiya

09.02.2017Sağlamlıq məqalələri

Taxikardiya ürəyin fərqli səbəblərə bağlı olaraq sürətli döyünməsidir

Taxikardiya ürəyin fərqli səbəblərə bağlı olaraq sürətli döyünməsidir. Ürəyin dəqiqədə 100 dəfədən daha çox döyünməsi taxikardiya olaraq bilinsə də bu vəziyyət yaşa görə dəyişir.

Taxikardiyanın yaranması ürək xəstəliyinin olmasına dəlalət vermir. Bəzi insanlarda qaçmaq, həzmi çətin olan yeməklərin yeyilməsi, həyəcanlanmaq, siqaret, spirtli içki, qəhvə, çay kimi içkilər, həddən artıq stress, yorğunluq, yuxusuzluq daha əvvəllər yaşanmış ürək tutması və ya ateroskleroz, soyuqlama, anemiya və öskürək zamanı taxikardiya yarada bilər.

Taxikardiyanın ürəyin qulaqcıq və mədəciklərinə bağlı olaraq fərqli tipləri vardır. Ventrikulyar taxikardiya adlanan mədəciyə bağlı olan taxikardiya müalicə edilməzsə, xəstənin ölümünə səbəb ola bilər.

Taxikardiyanın müəyyən edilməsində elektrokardioqramma (EKQ) müayinəsi ən çox istifadə edilən üsuldur.

Taxikardiyanın müalicəsi xəstəliyin növünə və ağırlığına görə dəyişir. Ürək xəstəliklərinə bağlı olmayan taxikardiya səbəbləri müalicə edilmədikcə davam edir. Davamlı olmayan taxikardiyalarda həyat tərzini dəyişməkdən başqa müalicəyə ehtiyac olmaz.

Vacib olduğu təqdirdə taxikardiyanın müalicəsində əməliyyatdan istifadə edilir.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.