Oftalmologiya

28.03.2017Sağlamlıq məqalələri

Rənglər insan davranışına, psixologiyasına vacib şəkildə təsir edir

Rənglər insan davranışına, psixologiyasına vacib şəkildə təsir edir. Kanadada bir məktəbdə aparılan təcrübədə, otaqların rənglərinin dəyişdirilməsi ilə bəzi məktəblilərin zəka və nizam intizam problemlərində müsbətə doğru dəyişmə olduğu məlum olmuşdur.

Gözün işıq və rəngi qəbul etdikdən sonra görmə sinirləri vasitəsilə beyinə çatdırdıqdan sonra beyində hansı fizioloji təsirlər yaratdığını açıqlamaq hələ də mümkün olmamışdır.

Təcrübələr əsasında, çəhrayı rəngə baxan insanların özlərini rahat hiss etdikləri, qırmızı, narıncı, sarı kimi isti rənglərə baxanlarda təzyiqin yüksəldiyi, nəbzin və tənəffüsün sürətlənməsi, göy rəngin isə tam əks bir təsir yaratdığı məlum olmuşdur.

Tədqiqatlar nəticəsində insanların ən çox göy rəngi sevdikləri məlum olmuşdur. Ən çox sevilən rənglər içərisində qırmızı ikinci, yaşıl isə üçüncü yer tutmuşdur.

Kişilər daha çox yaşıl, göy, tünd göy rənglərini, qadınlar isə füruzəyi, mavi, çəhrayı rənglərini üstün tuturlar. Uşaqların isə mavi, qırmızı, yaşıl, sarı və narıncı kimi canlı rəngləri sevdikləri məlum olmuşdur.

Rənglərin insan psixologiyasına təsirindən yararlanaraq müasir dövrdə ticarət, marketing sahələrində bu üsuldan geniş istifadə edilir.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.