Stres test (treadmil test) ürəyin fiziki işin öhdəsindən nə dərəcədə
Stres test (treadmil test) ürəyin fiziki işin öhdəsindən nə dərəcədə gəldiyini müəyyən edir. Bədən gərgin fiziki iş ilə məşğul olduğu zaman ürək qan dövranını daha yüksək təzyiqlə təmin edir. Bu zaman ürək damarlarından hər hansı birində tıxanıqlıq olmasını daha rahat təyin etmək mümkün olur.
Aşağıdakı hallarda stres test edilir
- Nizamsız ürək döyüntüləri
- Koronar arteriya damarlarındakı xəstəliklərin əlamətlərini müəyyən etmək üçün
- Hərəkət zamanı təngnəfəslik
Stres test edilməzdən əvvəl aşağıda qeyd olunanlara əməl edilməlidir
Testdən 3-4 saat əvvəl yemək və içmək olmaz.
Ürək üçün təyin edilmiş dərmanların qəbulu 1 və ya 2 gün əvvəl dayandırılmalıdır.
Rahat geyim və idman ayaqqabısı olmalıdır.
Pasientdən xəstə razılıq formasını imzalamaq xahiş olunur.
Stres test “treadmill” adlanan cihaz vasitə ilə edilir. Test edilməzdən əvvəl sizin ürək döyüntüsü, qan təzyiqi, tənəffüs, EKQ və ya ExoKQ göstəricilərini monitorda izləmək üçün müəyyən tellər sizin qol və sinə nahiyənizə yapışdırılacaqdır. Testin edilməsi ümumilikdə 1 saat davam edir. Test başlayarkən sürət aşağı olur daha sonra sürət artır. Nəticələrə uyğun olaraq pasientin vəziyyəti dəyərləndirilir.

