Oftalmologiya

12.01.2017Sağlamlıq məqalələri

Katarakta göz bəbəyinin arxasında yerləşən büllurcuğun zaman keçdikcə

Katarakta göz bəbəyinin arxasında yerləşən büllurcuğun zaman keçdikcə öz şəffaflığını itirməsi nəticəsində görməni zəifləməsinə səbəb olan xəstəlikdir.

Katarakta orta yaşlı insanlarla yanaşı yeni doğulmuş körpələrdə, şəkər xəstələrində, gözə xəsarət yetiriləndə, uzun müddət kortizon tərkibli preparatlar qəbul etmiş insanlarda da rast gəlinir.

Kataraktanın əlamətləri aşağıda qeyd olunanlardır

  • Mütəmadi olaraq görmənin azalması;
  • İşığa qarşı həssaslıq (göz qamaşması);
  • İki görmə;
  • Oxumaqda çətinlik çəkmək;
  • Gecələr zəif görmək;
  • Rəngləri solğun və saralmış görmək;
  • Tez-tez eynək nömrələrinin dəyişdirilməsi

Katarakta dərman və ya eynəklə müalicə edilən xəstəlik deyildir. Onun tək müalicəsi əməliyyatdır. Gözdəki narahatlığın vaxtında qarşısının alınması üçün müəyyən edilmiş zamanlarda həkim müayinəsi vacibdir.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.