Sümük inkişafı, kalsiumun bədəndə həll olması, immun sistemi və
Sümük inkişafı, kalsiumun bədəndə həll olması, immun sistemi və iltihablı xəstəliklərə qarşı mübarizədə D vitamini vacib faktordur.
Bədəndə D vitaminin çatışmazlığı zəif immun sisteminə, saçların zəif olması və gec uzanmasına, xərçəng xəstəliyinə tutulma riskinin artmasına, əzələ sümük sisteminin zəifləməsinə səbəb ola bilər.
Yağda həll olunan D vitamini daha çox balıq yağı, ciyər, pendir, yumurta sarısı və bəzi növ göbələklərdə vardır.
Bundan əlavə, günəş altında duranda bədənimizdə D vitamini yaranır, buna görə də D vitamininə “gün işığı” vitamini də deyilir.
İldə bir dəfə bədəndə D vitamini səviyyəsini ölçdürmək və həkim müayinəsində olmaq vacibdir.

