İnsan onurğasına yan tərəfdən baxıldıqda tam düz deyildir
İnsan onurğasına yan tərəfdən baxıldıqda tam düz deyildir. Boyun və bel nahiyəsində , çökəklik və kürək nahiyəsində qabarıqlıq vardır. Arxadan baxıldıqda isə tam düz olmalıdır. Skolioz onurğanın sağ və ya sol tərəfə 10 dərəcədən çox əyilməsidir.
Qız uşaqlarında oğlanlara nisbətən skoliozun olması 8-10 dəfə daha çoxdur.
Əsas əlamətləri
- Onurğanın yana doğru əyilməsi
- Çiyinlərin asimmetriyası
- Bel və kürək ağrısı
- Nəfəs çatışmazlığı
Skolioz uşaqlıq və yeniyetməlik dövründə inkişaf edir. Müalicəsində 3 üsuldan istifadə edilir. İlk üsul skolioza görə xüsusi idman hərəkətləridir, daha az əyrilik olduğu zaman tətbiq edilir.
İkinci üsul korsetlə müalicədir. Əyrilik 20-40 dərəcə olan insanlarda ən yaxşı müalicə üsuludur.
Digər üsul isə cərrahi müdaxilədir. Əməliyyat əsasən 40-45 dərəcə əyrilik olduğu zaman tətbiq edilir. Ağciyər inkişafını tamamlamış yeniyetmə və yetkin insanlarda düzəltmə və dondurma (sabitləmə) əməliyyatları tətbiq edilir.

