Neyrocərrahiyyə

08.05.2017Sağlamlıq məqalələri

Travmalar, ağır fiziki iş gərginliyi və yaşlanma ilə əlaqədar

Boyun fəqərəarası disk yırtığının əlamətləri

  • Boyundan başlayaraq kürək, çiyin, və qola doğru yayılan ağrı və keyimə
  • Yuxarı ətraflarda əzələ zəifliyi
  • Qolun incəlməsi

Daha ağır formalarda isə hərəkətin pozulması, yuxarı və aşağı ətraflarda əzələ tonusunun artması, əzələ zəifliyi, sidik-nəcis ifrazının pozulması

Xəstəliyin diaqnozu klinik əlamətlər, MRT, EMQ müayinəsi əsasında qoyulur.

Boyun fəqərəarası disk yırtığı çox vaxt konservativ, fizioterapevtik müalicələrə tabe olur.

Kobud nevroloji qüsur və konservativ müalicə effektsiz olduqda cərrahi müalicə görülür.

Boyun fəqərəarası disk yırtığından qorunmaq üçün ağır fiziki işdən uzaq olmaq, boyunda kəskin hərəkətlərdən qaçınmaq və artıq çəkidən azad olmaq lazımdır.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.