Ginekologiya

11.05.2017Sağlamlıq məqalələri

Günəş ləkəsi insanlarda çox rastlanılan qəhvəyi rəngdə ləkələrdir

Günəş ləkəsi insanlarda çox rastlanılan qəhvəyi rəngdə ləkələrdir. Daha çox alın, yanaq, üst dodaq bölgəsi, burun, çənə, boyun və qollarda özünü büruzə verir. Estetik olaraq narahatlıq yaradır.

Günəş ləkəsinin yaranmasında bir çox faktor rol oynayır. Ən çox iki faktora əsaslanır

  • Genetik meyillilik
  • Ultrabənövşəyi şüalara məruz qalmar

Bundan əlavə, hamiləlik, hamiləliyin qarşısını alan dərman preparatları, kosmetoloji prosedurlar, qalxanabənzər vəzi xəstəliyi də səbəb ola bilər. Günəş şüası ləkələrin yaranması ilə yanaşı yaranmış ləkələrin tündləşməsinə səbəb olur.

Hamiləlikdə qadında başlayan dəyişikliik özünü dəridə də büruzə verir. Hamiləlik dövründə olan ləkələr öz-özünə keçmir, müalicə edilməyi vacibdir.

Günəş ləkələrindən qorunmaq üçün günəş altında həddindən artıq çox olmamaq vacibdir. Günəşdən qoruyucu kremlər, çətir, papaq və s. vasitələrdən istifadə edilməlidir.

Müalicənin təyini üçün Dermatoloqa müraciət etmək vacibdir. Yanlış edilən müalicənin ciddi fəsadları ola bilər.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.