Vitamin C qan damarları, yaranın tez sağalması, qığırdaqlar və
Vitamin C qan damarları, yaranın tez sağalması, qığırdaqlar və bədənin inkişafı üçün əsas nutrientlərdən biridir. Vitamin C həm də ATF (adenozin trifosfat), dofamin, tirozin və peptid (böyümə) hormonlarının yaranmasında əsaslı rol oynayır. Güclü antioksidant olaraq vitamin C bədəndə oksidativ stressi və xərçəng xəstəliyinə tutulma ehtimalını azaldır. Vitamin C ilə zəngin olan qidalar arasında bibər, sitrus meyvələri, çiyələk, kivi, brokkoli, noxud, pomidor xüsusi yer tutur.

