Ümumi cərrahiyyəÜmumi cərrahiyyə

27.01.2017Sağlamlıq məqalələri

Qarnın üst hissəsində kiçik bir armud formasında olan öd kisəsi

Qarnın üst hissəsində kiçik bir armud formasında olan öd kisəsi kanallar vasitəsiylə mədəaltı vəzə, qaraciyərə və bağırsağa bağlanır. Öd kisəsinin əsas vəzifəsi qidalarla alınan yağın həzm olunmasına yardım etməkdən ibarətdir. 40 yaşdan yuxarı qadınlarda daha çox öd kisəsi daşı rast gəlinir.

Yeməkdən sonra həddən artıq köp hissi çiyinlərə qədər yayılan ağrı öd kisəsi daşının əlamətlərindəndir.

Öd kisəsi daşı olan insanlarda əsasən heç bir əlamət özünü büruzə verməz, ona görə də bu xəstəlik sakit inkişaf edir. Ancaq xəstələrin 20-30%-də əlamətlər özünü büruzə verə bilər.

Öd kisəsi daşının müalicəsi zamanı çox az hallarda dərmanlardan istifadə edilir. Çünki bu müalicə üsulu effektiv nəticə vermir. Ancaq xəstənin vəziyyətinə uyğun olaraq bu müalicə tətbiq edilə bilər.

Öd kisəsi daşının digər müalicəsi cərrahiyyə əməliyyatıdır. Öd kisəsindəki daşların böyüklüyünə görə əməliyyat açıq və laparoskopik edilir.

Öd kisəsində daş yaranmasının qarşısını almaq üçün sağlam qidalanmaq vacibdir.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.