Neyrocərrahiyyə

23.01.2017Sağlamlıq məqalələri

Yetkin insanların 80 faizi ən azı bir dəfə bel nahiyəsindəki ağrıdan

Yetkin insanların 80 faizi ən azı bir dəfə bel nahiyəsindəki ağrıdan şikayət etmişlər. Bel yırtığı əsasən 30-60 yaş arası insanlarda rast gəlinsə də, hər yaş qrupundan olan insanlarda ola bilər. Bel yırtığına səbəb olan faktorlar aşağıdakılardır:

Artıq çəki - bel yırtığının ən əsas səbəblərindən biridir. Bədənin ağırlığı onurğa sütununun üzərinə düşür. Onurğanın hərəkətliliyini təmin edən disklər isə həddən artıq yüklənəndə deformasiyaya uğrayır.

Hərəkətsizlik. - Siqaret. Siqaretin disk degenerasiyalarını artırdığı və sağalmanı gecikdirdiyi məlumdur.

Peşə ilə bağlı olan faktorlar. Ağır fiziki iş tələb edən peşələrin sahibləri bu xəstəliyə tutula bilər.

Tək və ya hər iki ayağa vuran ağrılar, ayaqlarda uyuşmalar, yerimə və oturma zamanı çətinliklər bel yırtığının əlamətləridir.

Mütəmadi olaraq idmanla məşğul olmaq, bel yırtığının qarşısını ala bilər. Bütün qabaqlayıcı addımlara baxmayaraq bel yırtığı inkişaf edə bilər. Buna görə çox gec olmamış neyrocərrahın müayinəsindən keçmək vacibdir.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.