Böyrəkdə daşın yaranması son 20 ildə daha çox rast gəlinir
Böyrəkdə daşın yaranması son 20 ildə daha çox rast gəlinir. Böyrək daşı insanın həyat keyfiyyətinə olduqca mənfi təsir göstərir. Böyrək daşının yaranmasının ilkin səbəbi sağlam qidalanmama və az maye qəbulu ilə bağlıdır. Bundan əlavə, ailəsində böyrək daşından müalicə olunmuş insanlarda daşın yaranma ehtimalı böyükdür, hərəkətsiz qalmaq və gündəlik duzlu qidalardan çox istifadə etmək böyrəklərdə kristallaşmanı artıracaqdır.
Böyrək daşının yaranmasının qarşısını almaq üçün sağlam qidalanmaq və bolluca maye qəbul etmək vacibdir.
Böyrək daşı əməliyyatları içərisində müasir üsullardan biri Perkutan nefrolitotomiya adlanır.
Perkutan nefrolitotomiya və ya PNL böyrəkdə olan orta və böyük ölçülü (2 sm və daha böyük) daşların çıxarılması üçün edilən endoskopik bir əməliyyatdır. Əməliyyat üçün xəstənin bel nahiyəsində 1 sm-lik bir kəsik edilərək böyrəyə nefroskop adlanan optik cihaz salınır. Böyrəkdəki daşlar parçalanaraq həmin kəsikdən çıxarılır.

