Fizioterapiya və tibbi reabilitasiyaFizioterapiya və tibbi reabilitasiya

07.12.2018Sağlamlıq məqalələri

Daban mahmızı (daban şporu) nədir?

Daban mahmızı (daban şporu) nədir?

Daban mahmızının əsas simptomu hərəkət və fiziki yükləmə zamanı dabanda olan güclü ağrılardır. Xəstəlik ayağın bağ аpаrаtının uzun müddətli travması nəticəsində baş verir. Gün ərzində pəncə güclü yüklənmələrə məruz qaldığından (50, 70, hətta 100kq çəki ) pəncənin alt hissəsində olan bağlarda bəzi mənfi faktorların təsirindən çox asanlıqla kiçik yırtıqlar əmələ gəlir. Adətən belə mikroyırtıqlar öz özünə bitişir, lakin bəzən bu baş vermir və nəticədə bu yerdə və ətraf toxumalarda iltihab yaranır. Daban sümüyü bu iltihaba cavab olaraq böyüməyə başlayır, sümükdə iti çıxıntı əmələ gəlir. Əksərən аyаqаltının sümüküstlüyundә, әzәlә vә fаssiyаnın birlәşdiyi yеrdә, bəzən isə daban sümüyü sümüküstulüyünün axill vәtәrinә birlәşdiyi yеrdә оlur. Daban mahmızı həm bir, həm də hər iki pəncədə əmələ gələ bilər.

Daban mahmızı (daban şporu) kompleks şəkildə müalicə olunur - dərmanlar (ağrısızlaşdıran, iltihabəleyhinə preparatlar, bəzən hormonlar), xüsusi ortopedik vasitələr (ortopedik ayaqqabı içlikləri-supinatorları, daban altına qoyulan xüsusi yumşaq içliklər), fizioterapiya (lazer, ultrasəs, elektroforez, zərbə dalğalı terapiya və s.), müalicəvi bədən tərbiyəsi. Çox nadir hallarda daban mahmızı (daban şporu) müalicəsi zamanı cərrahi müalicə tətbiq oluna bilər.

Zərbə dalğali terapiya ilə 3-4 seansdan sonra daban mahmızı (daban şporu) ağrılarının kəskin azalması müşahidə olunur.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.