Exokardioqrafiya ürəyin funksionallığının USM ilə müayinə edilməsidir
Exokardioqrafiya ürəyin funksionallığının USM ilə müayinə edilməsidir. Sinə nahiyəsindən edilən exokardioqrafiya müayinəsi ilə bəzən istənilən nəticəni əldə etmək mümkün olmur. Bu vəziyyətdə qida borusundan USM ilə ürəyin müayinəsi tələb olunur ki, bu prosedur Trans Ezofageal Exokardioqrafiya (TEE) olaraq adlanır.
TEE nə zaman edilir?
Sinə nahiyəsindən edilən exokardioqrafiyada təsvirlərin yaxşı olmaması
Ürəyin daxilində qan laxtasının və ya infeksiya varlığı ehtimalının dəyərləndirilməsi
Protez ürək qapağının dəyərləndirilməsi
Ürək qapağının işinin dəyərləndirilməsi
Daralmış, öz işinin öhdəsindən gələ bilməyən ürək qapağının əməliyyatsız müalicə və ya bərpa edilməsinə uyğunluğunun dəyərləndirilməsi
Aorta anevrizması və ya diseksiyasının dəyərləndirilməsi
Ürək qapağının cərrahi müalicəsi ilə prosedurun nəticənin nə qədər uğurlu olduğunun dəyərləndirilməsi

