Neyrocərrahiyyə

03.01.2018Sağlamlıq məqalələri

Hər bel ağrısı bel yırtığı demək deyildir

Hər bel ağrısı bel yırtığı demək deyildir. Bel əzələlərində və onurğa sümüklərini bağlayan bağlardakı gərginlik onurğada sürüşməyə və bel ağrılarına səbəb olur. Bel yırtığı ilə bağlı doğru bilinən yanlışlar aşağıda qeyd olunanlardır:

Yanlış: Bel yırtığı olan insan sərt yerdə yatmalıdır

Doğru: Çox sərt yer onurğanı narahat edə bilər. Yarı sərt olan ortopedik yataq bu xəstəlikdən əziyyət çəkən insan üçün idealdır.

Yanlış: Bel yırtığı əməliyyatında ayaqların iflic olması riski yüksəkdir

Doğru: Cari dövrdə icra edilən əməliyyatların böyük qismi uğurlu nəticələr verir. Vacib olan xəstənin vəziyyətinin düzgün dəyərləndirilməsidir.

Yanlış: Bel yırtığı əməliyyatından sonra daimi olaraq korset taxılmalıdır.

Doğru: Korset bel əzələlərinin işini əvəzlədiyi üçün əzələlər zəifləyir. Əslində isə bel əzələlərinin güclənməsi vacibdir. Ancaq əzələ ağrısının çox olduğu, uzun müddət ayaq üstə qalma kimi vəziyyətlərdə 2 həftəni ötməmək şərti ilə korset taxıla bilər.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.