İnsultun əlamətlərini hiss etdiyiniz an nevroloqun (nevropatoloq)
İnsultun əlamətlərini hiss etdiyiniz an nevroloqun (nevropatoloq) müayinəsində olmaq vacibdir.
Xəstəxanamızda çalışan Nevroloq Uzm. Dr. Elvin Niftalıyevə müraciət edərək insultun ağır fəsadlarının qarşısını ala bilərsiniz.
İnsultun baş verməsini əvvəlcədən bilmək insanın həyatını xilas edir və onu əlil olmaqdan qoruyur. İnsult baş verən zaman ilkin əlamətlərin meydana çıxdığı 3-5 saat ərzində xəstəyə tibbi müdaxilə edildikdə o zaman xəstəliyin əmələ gətirdiyi patoloji ağırlaşmalar minimum səviyyədə olur.
İnsult beyin qan dövranının kəskin pozulması nəticəsində özünü büruzə veir.
İnsultun başlıca yaranma səbəbi qan təzyiqinin yüksəlməsidir. İnsult daha çox şəkərli diabet və ürək- damar xəstələrində özünü göstərir.
Əlamətləri
- Baş ağrısı
- Baş gicəllənməsi
- Ürək bulanması və qusma
- Görmə qabiliyyətinin pisləşməsi (çəpgözlük, ikili görmə, bir və ya ikitərəfli korluq)
- Yuxarı və aşağı ətraflarda hissiyyatın zəifləməsi
- Bir və ya iki tərəfli iflic
Risk faktorları aşağıdakılardır
- Siqaret
- Spirtli içkilər
- Artıq çəki
- Xolesterinin yüksək səviyyəsi
- Yaşlılıq
- Psixi və fiziki gərginlik
- Şəkərli diabet
İnsult keçirmiş xəstələrin kəskin dövrdə müayinəsinin qısa vaxt kəsiyində və sürətli aparılması xüsusi əhəmiyyət kəsb edir.
