Endokrinologiya

24.03.2018Sağlamlıq məqalələri

Prolaktin hormonu beynin hipofiz vəzi tərəfindən ifraz olunur

Prolaktin hormonu beynin hipofiz vəzi tərəfindən ifraz olunur, müəyyən səviyyədə qadın reproduktiv orqanının inkişafı və funksionallığı üçün vacibdir.

Qadınlarda normal prolaktin səviyyəsi əsasən 25 ng/ml-dən aşağıdır.

Prolaktin hormonu yüksəkliyinə (hiperprolaktemiya) səbəb olan vəziyyətlər aşağıda qeyd olunanlardır:

Hamiləlik və əmizdirmə dövrü

Hipofiz vəzinin prolaktin ifraz edən şişlər (mikroadenomalar və makroadenomalar)

Hipolatumusun dofamin ifraz edən şişlər və zədələnməsi

Hipotiroidizm

Antidepressantların bir qismi

Digər farmokoloji dərmanlar

İdiopatik səbəblər

Prolaktinin yüksək olması qadınlarda aybaşı dövrünün azalması və ya aybaşı kəsilməsinə səbəb olur.

Diaqnoz prolaktin hormon analizi vasitəsilə təyin edilir. Əgər analiz nəticəsi həddən artıq yüksəkdirsə şübhələri aydınlaşdırmaq üçün KT və MRT müayinəsi təyin edilir.

Müalicəsi səbəbinə uyğun olaraq aparılır. Hipofiz vəzində şiş olduğu təqdirdə cərrahi üsul tətbiq edilir.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.