Ksantelazma göz qapaqlarında yağ toplanmasıdır
Ksantelazma göz qapaqlarında yağ toplanmasıdır.
Ksantelazma əsasən üst göz qapaqlarında özünü büruzə verən yağ toplanmasıdır. Bir və ya bir neçə ədəd sarı rəngli, yumşaq dəridə qabarıqlar şəklində özünü göstərir.
Ksantelazma yaranma səbəbi əsasən insanlarda qanda triqliserid və xolesterinin səviyyəsi yüksək olmasına bağlıdır. Bundan əlavə, genetik faktorlar, diabet və tiroid xəstəlikləri də ksantelazmanın yaranma səbəblərindən biridir.
Müalicəsi plexr, lazer, koterizasiya ilə aparılır. Cərrahi müdaxilənin fəsadları olduğu üçün həkim tərəfindən tövsiyə edilmir.

