Ginekologiya

19.02.2018Sağlamlıq məqalələri

Qadınların reproduktiv orqanlarının sağlamlığı üçün ildə bir dəfə

Qadınların reproduktiv orqanlarının sağlamlığı üçün ildə bir dəfə ginekoloji müayinədən keçmələri tövsiyə olunur. Bu müayinələr gecikdirilmədən edilməlidir.

Ginekoloji müayinələr əsasən aybaşı olmadığı dövrdə edilir. Ancaq bəzi məqamlarda ağrı, həddən artıq qanaxma olduğunda ginekoloqa müraciət edilməlidir.

Reproduktiv orqanlarda hər hansı narahatlıq yaşandığında mütləq ginekoloqa müraciət edilməlidir.

Qadınlar ildə ən az bir dəfə ginekoloji müayinədən keçərsə, başda uşaqlıq boynunun xərçəngi, uşaqlıq xərçəngi və yumurtalıqların xərçəngi olmaqla bir çox xəstəliyin erkən aşkar etmək mümkündür. Bundan əlavə, genital nahiyədə olan xoşxassəli şişlər və infeksiyalar müayinə nəticəsində müəyyən edilə və ağırlaşmadan müalicə edilə bilər.

Ginekoloji müayinədə pap smear testi mühüm rol oynayır. Pap testi uşaqlıq boynunda xərçəng öncəsi və xərçəng hüceyrələrinin müəyyən edilməsi üçün edilir. Pap smear testi 21 yaşından etibarən mütəmadi edilməlidir. 65 yaşından böyük qadınlarda pap smear tarixçəsindəki test nəticələri normaldırsa, sonrakı dövrdə edilməyə bilər.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.