Allergik konyunktivit ən çox rast gəlinən göz xəstəliyidir
Allergik konyunktivit ən çox rast gəlinən göz xəstəliyidir. Əsasən uşaqlıq dövründən başlayır. İnsanların təxminən 15%-ində allergiyanın bir və ya bir neçə növü özünü göstərir. Ətraf mühitlə birbaşa təmas olduğuna görə göz allergik xəstəliklərə daha tez meyil edən orqandır.
Əlamətləri aşağıdakılardır
- Gözlərdə qaşınma
- Yanma hissi
- Qızartı
- Sulanma
- İşığa qarşı həssaslıq
- Gözlərin bulanıq görməsi
Bundan əlavə, göz qapaqlarında şişkinlik özünü göstərə bilər. Eyni zamanda burundan axıntı, asqırma, burunda tıxanıqlıq və qaşınma kimi allergik rinit əlamətləri də ola bilər.
Beş fərqli göz allergiyası vardır.
Mövsümi və mövsümi olmayan allergik konyultivit
Bahar keratokonyunktiviti
Atopik keratokonyunktivit
Böyük papilyar konyunktivit
Təmas göz allergiyası
Uşaqlarda və gənclərdə, xüsusilə kişilərdə daha çox rast gəlinir. Bu xəstələrin 75 %-də astma, atopik ekzema və allergik rinit kimi digər xəstəliklər rast gəlinir.
Xəstəliyin diaqnozu xəstənin şikayətləri dəyərləndirilərək Oftalmoloqla yanaşı Allerqoloq müayinəsi ilə təyin edilir. Xəstəliyin müalicəsində ən əsas məqam allergiyaya səbəb olan allergenin müəyyən edilməsidir.

