Neyrocərrahiyyə

25.01.2018Sağlamlıq məqalələri

Skolioz xəstəliyi onurğanın sağ və ya sol tərəfə 10 dərəcədən çox

Skolioz xəstəliyi onurğanın sağ və ya sol tərəfə 10 dərəcədən çox əyilməsidir. Yaranma və inkişaf səbəbi tam olaraq məlum deyildir. Qız uşaqlarında oğlanlara nisbətən skoliozun olması 8-10 dəfə daha çoxdur.

Skolioz əməliyyatı əsasən 40-45 dərəcə əyrilik olduğu zaman tətbiq edilir. Ağciyər inkişafını tamamlamış yeniyetmələrdə və yetkin insanlarda əməliyyat icra edilir. Bu əməliyyatda məqsəd əyilmiş onurğa fəqərələrini düzəltməkdir. Əməliyyat zamanı əyilmiş onurğa sütunu xüsusi hazırlanmış metal implantlar istifadə edilərək düzəldilir. Əməliyyat 4-8 saat ərzində icra edilir.

Skolioz əməliyyatından sonra iz qalmamağı üçün estetik tikiş atılır. İz qalmağının qarşısını almaq üçün kremlərdən istifadə etmək olar.

Əməliyyatdan 2 gün sonra xəstənin yeriməsinə icazə verilir. 3 ay ərzində xəstələrin çox əyilməmələri və ağır yük qaldırmamaları tövsiyə olunur.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.