Oftalmologiya

29.01.2018Sağlamlıq məqalələri

Katarakt, əsasən şəffaf olan göz büllunun öz şəffaflığını itirməsi

Katarakt, əsasən şəffaf olan göz büllunun öz şəffaflığını itirməsi ilə nəticələnən və görmə qabiliyyətinin zəifləməsinə səbəb olan xəstəlikdir. Kataraktın müalicəsi sadəcə əməliyyatdır.

Müasir dövrdə ən çox müraciət olunan katarakt əməliyyatı Fakoemulsifikasiyadır. Fakoemulsifikasiya 15-30 dəqiqə müddəti əhatə edir. Əməliyyat yerli anesteziya və keyidici göz damcıları ilə icra edilir. Əməliyyat zamanı 2-3 mm kimi bir kəsikdən daxil olaraq bulanıq göz bülluru kiçik parçalara bölünür və onu əvəz edən linza yerləşdirilir. Əməliyyat zamanı tikiş atılmır.

Bu əməliyyat sayəsində xəstənin görməsində artış olur. Katarakt xaricində hər hansı xəstəliyi yoxdursa tam görmə bərpa olur.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.