Anesteziologiya Və Reanimasiya Bölməsi Xəstəxanamızın əməliyyat bloku
Anesteziologiya Və Reanimasiya Bölməsi
Xəstəxanamızın əməliyyat bloku dünyada qəbul olunmuş standartlar və protokollar əsasında bütün müasir tibbi cihaz və avadanlıqlarla təchiz olunaraq, ayrı-ayrı 4 əməliyyat otağını özündə birləşdirir. Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsi ən müasir narkoz-tənəffüs aparatları, süni tənəffüs aparatı, defibrillyator, monitor kompleksləri və avadanlıqlarla təchiz olunub. Xəstəxanada aparılan çoxsaylı əməliyyatları nəzərə alaraq, Reanimasiya bölməsində müasir avadanlıqlarla təchiz edilmiş reanimasiya zalı, həmçinin bir izolyasiya otağı fəaliyyət göstərir. Bütün yataqlar monitor, süni ventilyasiya cihazı, mərkəzləşdirilmiş qaz və vakuum sistemləri ilə təchiz olunub. Bölmədə xaricdən dəvət olunmuş yüksək ixtisaslı, təcrübəli həkim-mütəxəssis, həmçinin daxildə və xaricdə təhsil alıb, dünyanın aparıcı klinikalarında işləmiş və ya təkmilləşmə kursları keçmiş yüksək səviyyəli həkim kollektivi çalışır.
Müalicə edilən xəstəliklər
- Hemorrargik və işemik insult
- Kəllə-beyin travması
- Döş qəfəsinin küt travması
- Qarın boşluğunun küt travması
- Toksikologiya
- Miokard infarktı
- Aritmiyalar
- Astmatik status
- Diabet, diabetik koma
- Qaraciyər çatışmazlığı
Mədə-bağırsaq qanaxmaları və s.
İcra edilən prosedur və əməliyyatlar
- Kəskin və xroniki ürək damar, tənəffüs çatışmazlıqları
- Anaflaktik reaksiyalar, şok
Tənəffüs sisteminin xəstəlikləri (pnevmoniyalar, bronxoobstruktiv xəstəliklər, astmatik statuslar və s.)
Ürəyin işemik xəstəlikləri (miokard infarktı), ağır aritmiyalar
Sinir sistemi xəstəlikləri: hemorrargik və işemik insultlar, meningit və ensefalitlər, epileptik statuslar, kəllə-beyin travmaları
Ağır müştərək travmalar
Ciddi yanıqlar
Ağır zəhərlənmələr, ilan sancmaları
Həzm traktı qanaxmaları
Ağır şəkərli diabetlər, diabetik komalar
Mərkəzi venaların kateterizasiyası
Kəskin və Xronik böyrək çatışmazlıqları
Dializ üçün kateterlərin qoyulması və s.
