Anesteziologiya və reanimasiya
Xəstəxanada icra olunan bütün əməliyyatlar tibbin son standartlarına cavab verən anestezioloji xidmət ilə təmin olunur.
Cərrahi əməliyyatdan sonrakı xəstələr, eyni zamanda müxtəlif ürək-damar, həzm, tənəffüs, sidik-ifrazat sisteminin ağır xəstəlikləri, toksikoloji və digər reanimasiya tələb edən xəstəliklər ilə daxil olan xəstələrə nəzarət və müalicə məhz reanimasiya və intensiv terapiya şöbəsində həyata keçirilir.


Xidmətlər və müalicə
Yeni xidmət və avadanlıq
- Reanimasiya və intensiv terapiya şöbəsi günün 24 saatı, həftənin 7 günü fasiləsiz fəaliyyət göstərir
- Həyati göstəricilərin fasiləsiz monitorinqi; ağır travmalar, infarkt və insult, tənəffüs çatışmazlığı hallarında yardım
- Ümumi Reanimasiya Şöbəsinin rəhbəri Dr. Cavanşir Ağayev
- Müalicə edilən xəstəliklər: Hemorrargik və işemik insult, Kəllə-beyin travması, Döş qəfəsinin küt travması, Qarın boşluğunun küt travması, Toksikologiya, Miokard infarktı
- Əməliyyatxana şöbəsi
Müalicə edilən xəstəliklər
- Kəskin və xroniki ürək damar, tənəffüs çatışmazlıqları
- Anafilaktik reaksiyalar, şok
- Tənəffüs sisteminin xəstəlikləri (pnevmoniyalar, bronxoobstruktiv xəstəliklər, astmatik statuslar və s.)
- Ürəyin işemik xəstəlikləri (miokard infarktı), ağır aritmiyalar
- Sinir sistemi xəstəlikləri: hemorragik və işemik insultlar, meningit və ensefalitlər, epileptik statuslar, kəllə-beyin travmaları
- Ağır müştərək travmalar
- Döş qəfəsinin küt travması
- Qarın boşluğunun küt travması
- Ağır zəhərlənmələr, ilan sancmaları
- Həzm traktı qanaxmaları
- Qaraciyər çatışmazlığı
- Ağır şəkərli diabetlər, diabetik komalar
- Nefroloji xəstəliklər
- Əməliyyatdan sonrakı xəstələr
İcra edilən prosedur və əməliyyatlar
- Mərkəzi venaların kateterizasiyası
- Dializ üçün kateterlərin qoyulması
Avadanlıq
Xəstəxanamızın əməliyyat bloku dünyada qəbul olunmuş standartlar və protokollar əsasında bütün müasir tibbi cihaz və avadanlıqlarla təchiz olunaraq, ayrı-ayrı 4 əməliyyat otağını özündə birləşdirir. Xəstəxanada demək olar ki, bütün növ cərrahi əməliyyatlar uğurla həyata keçirilir – ümumi cərrahiyyə, uroloji, kardioloji, ginekoloji, plastik-estetik-rekonstruktiv, burun-qulaq-boğaz, neyrocərrahi, endokrin cərrahiyyəsi, həmçinin travmatologiya və ortopediyaya aid əməliyyatlar.
Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsi müasir narkoz-tənəffüs aparatları, süni tənəffüs aparatı, defibrillyator, monitor kompleksləri və avadanlıqlarla təchiz olunub. Xəstəxanada aparılan çoxsaylı əməliyyatları nəzərə alaraq, Reanimasiya bölməsində müasir avadanlıqlarla təchiz edilmiş 7 çarpayılıq reanimasiya zalı, həmçinin bir izolyasiya otağı fəaliyyət göstərir. Bütün yataqlar monitor, süni ventilyasiya cihazı, mərkəzləşdirilmiş qaz və vakuum sistemləri ilə təchiz olunub.
Həkim heyəti
Bölmədə xaricdən dəvət olunmuş yüksək ixtisaslı, təcrübəli həkim-mütəxəssis, həmçinin daxildə və xaricdə təhsil alıb, dünyanın aparıcı klinikalarında işləmiş və ya təkmilləşmə kursları keçmiş yüksək səviyyəli həkim kollektivi çalışır.













