Dermatovenerologiya

08.10.2019Sağlamlıq məqalələri

Botoks Clostridium Botulinum bakteriyasından alınan botulinum toksin

Botoks Clostridium Botulinum bakteriyasından alınan botulinum toksin adlanan neyrotoksindən hazırlanır. Bu bakteriya qidalarda çoxalaraq toksini ilə "botulizm" adlandırılan qida zəhərlənməsi yaradır. Çox güclü bir zəhər olmasına baxmayaraq düzgün istifadə olunduqda botoksun bir çox yerlərdə tətbiqi mövcuddur. Toksin laboratoriyada xüsusi prosedurlardan keçərək, zəiflədilir və insanlara tətbiq edilə biləcək vəziyyətə gətirilir.

Botoks hansı nahiyələrə tətbiq edilə bilər?

Hər iki göz ətrafındakı incə cizgilər və qırışıqlara

Alın nahiyəsindəki qırışıqlara

Qaş arasında yaranan, əsəbi görüntüyə səbəb olan cizgilər

Burun kökündəki cizgilər (gülmə cizgiləri)

Burun ucunun qaldırılması (üst dodağı qısa olanlar üçün)

Üst və alt dodaqdakı cizgilər və qırışlar

Gülərkən üst diş ətinin görünməsi

Boyun hissəsindəki qırışlar

Burundan ağız kənarına doğru enən cizgilər (Nasolabial qırışlar)

Dodaqüstü qırışların korreksiyası

Dodaq kənarından çənə nahiyəsinə doğru enən cizgilər (Melibiol qırışlar)

Qaşlarda şəkil və forma dəyişikliyi üçün (məs: hər iki qaşın kənarlarının yuxarı qaldırılması)

Dodaq kənarlarının yuxarı qaldırılması

Çənə ilə alt dodaq arası cizgilər, çənə qırışları

Yanaq sallanmaları (Nefertiti lifting)

Dekolte hissəsindəki qırışlar

Üz simmetriyasının bərpası

Gülmə qüsuru və simmetriya

Ovuc, ayaq pəncəsi və qoltuq altı tərləmələrində

Dermatovenerologiya Bölməsinin Həkimləri

  • Dermatokosmetoloq Dr . Ülfət Həsənova
  • Dermatoveneroloq Uzm.dr. Şikar Hüseynov

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.