Dermatovenerologiya

04.10.2019Sağlamlıq məqalələri

Müntəzəm yürüyüşün faydaları nələrdir?

Müntəzəm yürüyüşün faydaları nələrdir?

Sürətli və templi yürüyüş əzələləri möhkəmləndirir, bədən quruluşunu normal saxlayır, yağları əhəmiyyətli dərəcədə azaldaraq artıq çəkinin yığılmasına imkan vermir. Əhvalın xoş olması, stresin və gərginliyin aradan qaldırılması üçün gəzinti ən yaxşı vasitədir.

Müntəzəm yürüyüş insanı cavan və gümrah saxlayır, qocalma prosesini ləngidir, həzm sisteminin fəaliyyətini yaxşılaşdırır, görmə qabiliyyətinə müsbət təsir göstərir, orqanizmin immun sistemini gücləndirir, müqaviməti artırır ki, bu da xəstəliklərə qarşı mübarizədə ən effektli vasitələrdən biridir.

Həmçinin ürək-damar sistemi üçün olduqca faydalıdır. Gəzinti zamanı qan dövranı yaxşılaşır, beyin və digər orqanlar oksigenlə daha yaxşı təchiz olunur. Qaraciyər yağlanmasında əhəmiyyətli bir mexanizm olan insulin müqavimətinin azalmasını təmin edir. Sağlam və dərin yuxu arzulayanlar axşam gəzintisinə vaxt ayırsalar, istəklərinə nail ola bilərlər.

Müntəzəm olaraq gün ərzində 30-40 dəqiqə piyada gəzməklə orqanizminizdə baş verən müsbət dəyişikliklərin şahidi ola bilərsiniz. Xüsusilə bütün gün oturaq həyat tərzi göstərənlər, gün ərzində ən azı 45 dəqiqə müntəzəm və sürətli gəzməlidir.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.