Botoks Clostridium Botulinum bakteriyasından alınan botulinum toksin
Botoks Clostridium Botulinum bakteriyasından alınan botulinum toksin adlanan neyrotoksindən hazırlanır. Bu bakteriya qidalarda çoxalaraq toksini ilə "botulizm" adlandırılan qida zəhərlənməsi yaradır. Çox güclü bir zəhər olmasına baxmayaraq düzgün istifadə olunduqda botoksun bir çox yerlərdə tətbiqi mövcuddur. Toksin laboratoriyada xüsusi prosedurlardan keçərək, zəiflədilir və insanlara tətbiq edilə biləcək vəziyyətə gətirilir.
Botoks hansı nahiyələrə tətbiq edilə bilər?
Hər iki göz ətrafındakı incə cizgilər və qırışıqlara
Alın nahiyəsindəki qırışıqlara
Qaş arasında yaranan, əsəbi görüntüyə səbəb olan cizgilər
Burun kökündəki cizgilər (gülmə cizgiləri)
Burun ucunun qaldırılması (üst dodağı qısa olanlar üçün)
Üst və alt dodaqdakı cizgilər və qırışlar
Gülərkən üst diş ətinin görünməsi
Boyun hissəsindəki qırışlar
Burundan ağız kənarına doğru enən cizgilər (Nasolabial qırışlar)
Dodaqüstü qırışların korreksiyası
Dodaq kənarından çənə nahiyəsinə doğru enən cizgilər (Melibiol qırışlar)
Qaşlarda şəkil və forma dəyişikliyi üçün (məs: hər iki qaşın kənarlarının yuxarı qaldırılması)
Dodaq kənarlarının yuxarı qaldırılması
Çənə ilə alt dodaq arası cizgilər, çənə qırışları
Yanaq sallanmaları (Nefertiti lifting)
Dekolte hissəsindəki qırışlar
Üz simmetriyasının bərpası
Gülmə qüsuru və simmetriya • Ovuc, ayaq pəncəsi və qoltuq altı tərləmələrində

